Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2018

Rusiyada azərbaycanlı qadağan olunmuş ərazidə saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Kalmıkiya Respublikası və Həştərxan vilayəti üzrə əməkdaşları Rusiya qanunvericiliyinin pozulması faktını aşkarlayıblar.

Həştərxanın Xarabalinsk rayonunda sərhədçilər qadağan olunmuş əraziyə girən Azərbaycan vətəndaşını saxlayıblar.

Kişi bunu bilmədən etdiyini deyib. Ancaq qanunu bilməmək məsuliyyətdən azad etmir.

Həmin şəxs Rusiyanın qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması və prosessual qərarlar qəbul edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib.


686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP