Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2018

Tramp: Ərəbistan kralına dedim ki, 4 milyard dollar verin, kömək edək

“Vaşinqton Post” qəzeti cümə axşamı günü yazıb:
Tramp son günlərdə qapalı görüşlərinin birində Ərəbistan kralı Salmana qarşı təhqiramiz ifadələr işlədib.
Qəzetin yazdığına görə, Respublikaçılar Partiyasının maddi dəstəkçilərinin iştirakı ilə Vaşinqtonda “Tramp” beynəlxalq hotelində keçirilən toplantıda ABŞ prezidenti müxtəlif mövzular, o cümlədən dövlətinin xarici siyasəti, nailiyyətləri və dünya ölkələri rəhbərləri ilə görüşlərinin təfərrüatları barədə danışıb.
Trampın söz açdığı mövzulardan biri də Amerikanın Səudiyyə Ərəbistanı ilə münasibətləri olub. Prezident əvvəl 2017-ci ildə Ərəbistana etdiyi səfərə toxunub və adətin əksinə olaraq kral qarşısında təzim etmədiyi ilə iftixar edib.
Tramp sonra ifşa edib ki, Ərəbistan kralı onunla telefon əlaqəsi saxlayıb və şəxsən ondan böyük bir hərbi əməliyyatda ABŞ-ın Riyada kömək etməsini istəyib.
Tramp deyib: “Mən kral Salmana dedim ki, bu iş üçün həddən artıq xərc lazımdır. ABŞ-ın bu əməliyyatda iştirak etməsi üçün 4 milyard dollar ödəyin.”
ABŞ prezidenti Salmanın istədiyi hərbi əməliyyatın hansı olduğunu və Riyadın Vaşinqtondan hansı köməyi istədiyini açıqlamayıb, yalnız bunu deyib ki, bu əməliyyat “tamamilə məxfidir”.
“Vaşinqton Post” qəzeti fevral ayında məlumatlı mənbələrə istinadla yazmışdı ki, Tramp İranın Suriyada nüfuzunu azaltmaq üçün Ərəbistandan 4 milyard dollar istəyib.
ABŞ prezidenti sonra Amerikanın Ərəbistanı qoruması barədə son açıqlamasını təkrar edərək deyib: “Əgər ABŞ bu ölkəni müdafiə etməsə, İran iki həftə ərzində Ərəbistana qələbə çalar.”


96 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.10.18, 18:22
Fransız mer Şuşada
22.10.18, 08:32
Suriya: Bu, soyqırımdır!
20.10.18, 09:29
12 İŞİD-çi məhv edildi
Go to TOP