Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2018

Tramp və Putinə zəhərli məktub göndərən şəxs tutuldu

ABŞ Prezidenti Donald Trampa üzərində zəhərli risin maddəsi olan məktub göndərən ABŞ vətəndaşı Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən saxlanılıb.

2002-ci ildə ABŞ Hərbi-Dəniz Donanmasında xidmət edən Villiam Klayd dindirilmə zamanı məqsədininin dövlət rəsmilərinə mesaj göndərmək olduğunu deyib.

Klayd zəhərli hind yağı toxumları yerləşdirilən məktublardan Pentaqon rəhbəri Ceyms Mettisə, FTB direktoru Kristafor Vreyə, Rusiya Prezidenti Vladimir Putinə, İngiltərə kraliçası II Elizabetə və başqalarına da göndərdiyini bildirib. O, sözügedən şəxslərin ünvanlarını, eləcə də zəhərli maddəni internetdən tapdığını söyləyib.


120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP