Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2018

Ərdoğan Qaşıqçı ilə bağlı sərt danışdı: Sübut edəcəksiniz

Bu hadisənin İstanbulda cərəyan etməsi bizim üçün çox vacibdir, prezident kimi bu prosesi izləmək, təqib etmək həm siyasi, həm insani vəzifəmizdir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda yoxa çıxan ərəbistanlı jurnalist Camal Qaşıqçı ilə bağlı ona ünvanlanan suala cavabında bildirib.

"Səudiyyə konsulluğunun rəsmiləri Qaşıqçının oradan çıxdığını sübut etməlidir. Niyə sübut etmirsiniz? 2 oktyabrdan bəri xəbər yoxdur. Tezliklə nəticə almaq məcburiyyətindəyik. Konsulluq əməkdaşları özlərini xilas edə bilməz. Çıxıbsa da, görüntülərlə sübut edəcəksiniz", - Ərdoğan vurğulayıb.


188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP