Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2018

Ukraynada hərbi anbar partladı: On minlərlə insan köçürüldü

Ukraynanın Çerniqov şəhərindəki hərbi anbarda partlayış baş verib.

Partlayış nəticəsində ölən və yaralanan olmayıb. Rəsmi Kiyev hadisə yerinə müxtəlif sayda dəstək qüvvəsi göndərdiyini açıqlayıb. Əraziyə Ukrayna ordusunun Baş Qərargah rəisinin də yollandığı vurğulanıb.

Partlayışla əlaqədar olaraq şəhərin hava məkanı 20 kilometr radiusda qapadılıb. Çerniqov istiqamətində nəqliyyat və dəmiryolunun hərəkəti tam dayandırılıb.

Partlayışın baş verdiyi anbardakı ərazi 682,6 hektardır. Ukrayna Fövqəladə Hallar Nazirliyi partlayışlarla bağlı yaxınlıqdakı əhalini evlərindən köçürüb. İndiyə qədər 10 min nəfər evakuasiya edilib. Üstəlik, anbarın 6-cı arsenalındakı partlayışların intensivliyinin saniyədə 2-3 dəfə təşkil etdiyi bildirilib.

Qeyd edək ki, Çerniqovdakı partlayış gecə saat 3-də baş verib.

Çerniqov Rusiya ilə sərhədə yaxın ərazidə yerləşir.


156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP