Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2018

Şahzadə Ər-Riyadı ifşa etdi

Müxalif fikirlərinə görə 2013-cü ildə Almaniyaya mühacirət edən Səudiyyə şahzadəsi Xalid bin Fərhan Qaşıqçıdan öncə rejimin onu qaçırtmaq istədiyini açıqlayıb.

Şahzadə müxalif jurnalist Camal Qaşıqçının yoxa çıxmasını da vəliəhd Məhəmməd bin Salman rejimi ilə əlaqələndirib.

Xalib bin Fərhanın sözlərinə görə, Ər-Riyad rəsmiləri ona Qahirədəki Səudiyyə Ərəbistanı səfirliyində görüşmək qarşılığında milyonlarla dollar təklif ediblər.

“Mənə Səudiyyə rəsmilərinin içində olduğum maddi çətinliklərdən xəbərdar olduqlarını və kömək etmək istədiklərini söylədilər. Onlarla görüşəcəyim halda təhlükəsizliyimi təmin edəcəklərini söylədilər. Təxminən 30 dəfə mənə görüş təklif etdilər, ancaq getmədim. Getsəm, başıma nələrin gələcəyini yaxşı bilirdim”, - şahzadə bildirib.


156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP