Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2018

Vəliəhd şahzadəni təmizə çıxarmaq mümkün deyil - Yeni dəlillər

Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın mətbuat sözçüsü Suud Əl-Qahtani jurnalist Camal Qaşıqçının öldürülməsi məqsədilə İstanbula göndərilən ölüm qrupuna rəhbərlik edib.

Bu iddia ilə “Vall Street Journal” çıxış edib.

Qəzet Səudiyyə rəsmilərinə, Kral ailəsindəki bəzi şəxslərə, hökumət sözçülərinə, qərbli rəsmilərə və digər mənbələrə söykənərək bəyan edib ki, Qaşıqçının öldürülməsi əmri Məhəmməd bin Salmandan gəlib.

“Qahtanın prosesdəki mühüm rolu vəliəhd şahzadənin bu cinayətdən qıraqda saxlanılması cəhdlərini çətinləşdirir”,- məqalədə deyilir.

Bildirilir ki, Qahtani əvvəlcə Qaşıqçını Səudiyyə Ərəbistanına dönməyə şirnikləndirib. Bildirib ki, vəliəhd şahzadə jurnalistə dəyər verir, onu yenidən Səudiyyədə görmək istəyir. Ancaq jurnalist Səudiyyəyə dönmək niyyətində olmadığını bildirib.

Bundan sonra Səudiyyə hökuməti jurnalistin oğlu Salihin ölkədən çıxışına qadağa qoyub və konsulluqda cinayəti planlaşdırıb.

Mənbələr qeyd ediblər ki, Qaşıqçıyla oktyabrın 2-də İstanbul konsulluğunda görüş təyin edən diplomat da sistematik olaraq Qahtani ilə əlaqədə olub.

Səudiyyənin kəşfiyyat xidmətinin direktor müavini, general Assiri isə Qahtanidən aldığı əmrə uyğun olaraq ölüm qrupunu hazırlayıb.


89 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP