Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Dəməşq: Türkiyə öz qüvvələrini Suriyadan çıxartsın

Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Miqdad təkid edib: “Sabitlik və əmin-amanlığın Suriyaya qayıtması üçün Türkiyə qüvvələri bu ölkə ərazisini tərk etsin.”

“Əl-Vətən” qəzetinə müsahibə verən xarici işlər nazirinin müavini deyib: “Türkiyə daxildə və xaricdə ictimai rəyi aldatmaq məqsədilə bir söz deyir, amma əməldə dediyindən başqa iş görür. Türkiyə Suriya torpağının bir hissəsini işğal edib.”
Dövlət rəsmisi bildirib ki, Türkiyənin təzminatlarına güvənmək olmaz. Çünki bu ölkə istismarçılıq və işğalçılıq niyyətindədir.
Əl-Miqdad Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə bir sıra kürd partiyalarının Suriya hökumətindən Türkiyənin təcavüzü qarşısında dayanmasını istəmələri ilə bağlı sualı cavablandırarkən deyib: “Suriya ordusu Türkiyənin təcavüzü qarşısında dayanacaq.”
Əl-Miqdad əlavə edib: “Bunlar (kürd qrupları) Amerika, İsrail və öz ölkələrinin mənafeyinin ziddinə olan digər ölkələrdən kömək almaqdansa, vətəndaşlıq ruhuna, öz vətənlərinə inama qayıtmalıdır. Onlar əvvəl vətənin ağuşuna qayıtmalıdır ki, xalq onların yanında olsun.
Suriya ordusu bu ölkənin bütün qrup, partiya və cinahlarının yanındadır və xalqın mənafeini qorumaq üçün terrorizmə qarşı vuruşur.”
Dövlət rəsmisi vurğulayıb: “Suriya terrorizmə və onu dəstəkləyənlərə qalib gələcək, ölkənin bütün ərazilərini terrorizm, Amerika, Türkiyə və separatçılardan azad edəcək.”


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP