Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Duzdan istifadə edək, ya...

Bəzi alimlər duzdan hətta az miqdarda istifadənin də zərərli olduğunu açıqlayıb.

Duzun ana maddəsi olan natriumun bədəndəki mayeni tarazlamaq, oksigen və qidaların daşınması, eyni zamanda sinirlərə təsiri baxımından önəmli bir funksiyası var.

Yetkin yaşda olanlar üçün günlük duz miqdarı 6 qram təşkil etsə də, bu İngiltərdə 8, Amerikada 8,5 qramdır.

Yeməklərimizə əlavə etdiyimiz duz miqdarı gündəlik qəbul etdiyimiz duzun dörddə birini təşkil edir. Digər üç hissəni çörək, hazır suplar və qidalar vasitəsilə qəbul ediirk. .

Araşdırmalar həddindən artıq duzdan istifadənin yüksək və aşağı təzyiqə və ürək xəstəliklərinə yol açdığını göstərir.

Duzu çox qəbul etdikdə su bədənimizdə ağırlaşır və böyrəklər bu suyu süzüb qurtarana qədər təzyiq yüksəlir. Uzun müddət çoxlu duz istifadəsi isə damarları sıradan çıxararaq xroniki təzyiq xəsətliyi yaradır.

Araşdırmalar göstərir ki, gündə 5 qram əlavə duz istifadə etmək, ürək və damar xəstəlikləri risqini yüzdə 17 faiz artırır.

Bəzi mütəxəssislər isə duzdan az istifadənin də eyni şəkildə yüksək təzyiqə səbəb ola biləcəyini deyib.

Ona görə də duzdan qaçmaq yox, onu normal miqdarda qəbul etmək haqda düşünmək lazımdır.


81 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP