Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2018

Türki Feysəl Amerikaya səsləndi: Xəcalət çəkin!

Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri bu ölkənin İstanbuldakı səfirliyində qətlə yetirilmiş jurnalist Camal Kaşikçi ilə bağlı Amerikanın mövqeini tənqid edərək deyib: “Səhv məlumat əsasında (İraqda) minlərlə insanı öldürən bir ölkə başqalarını tənqid etməməlidir.”

Amerika-ərəb münasibətləri milli şurasının iclasında çıxış edən “Məlik Feysəl” təhqiqat şurasının sədri və sabiq kəşfiyyat naziri Türki Feysəl açıq-aşkar şəkildə Amerikanın Kaşıkçı ilə bağlı mövqeini tənqid edərək deyib: “Özü şüşə evdə oturan kəs, camaata daş atmaz.”
Türki tənqidlərinin davamında Kaşıkçını qətlə yetirənlərin cəzalandırılmasını istəyən amerikalı rəsmilərə səslənərək deyib: “Günahsız insanlara işgəncə verən, onları həbs edən, müharibələr yaradan və səhv üzündən yaranmış müharibələrdə minlərlə insan öldürən ölkələr başqalarını tənqid etməkdən xəcalət çəkməlidirlər.”


74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP