Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Fransız tədqiqatçı Ərbəin səfərini araşdıracaq

Fransız tədqiqatçı və yazar doktor Sabrina Leon Mervin dünyanın ən böyük yürüşü adını alan İmam Hüseynin (ə) Ərbəin səfəri barədə araşdırma işlərinə başlayıb.

İmamhussain xəbər verir ki, fransız xristian tədqiqatçı və yazıçı doktor Sabrina Leon Mervin İmam Hüseyn (ə) və Ərbəin səfəri ilə bağlı araşdırma işlərinə başladığını və İraq səfərini də bu səbəbdən həyata keçirdiyini söyləyib.
“Bu araşdırmanı yazmağıma səbəb olan məsələ, İraqın cənubundan Kərbəlaya doğru ildə bir dəfə baş verən nəhəng yürüşdür və bunu mediadan gördük. Mən əvvəllər İslam tarixi başlığı altında bir kitab yazmışam. İslam prinsipləri və məzhəbləri haqqında açıqlamalar vermişəm. Bu araşdırma həmin kitabda yer alacaq”, - deyə doktor Sabrina Mervin bildirib.
Qeyd edək ki, fransız tədqiqatçı və yazar doktor Sabrina Leon Mervin 1958-ci ildə dünyaya gəlib. Kərbəlaya gedərək, Ərbəin mərasiminə qatılıb. Hazırda Parisdəki Din və İxtisas İşləri Mərkəzində araşdırma direktorudur. İmam Hüseyn (ə) və İslam şəriəti, İslam tarixi onun əsərlərindən bəziləridir./deyerler/


89 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP