Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Hər 10 dəqiqədə bir uşaq ölür – BMT

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Yəməndə qorunması mümkün olan xəstəliklərə görə hər 10 dəqiqədə 1 uşağın öldüyünü bildirib.

UNICEF-in Orta Şərq və Şimali Afrika direktoru Hayrat Kalabarinin sözlərinə görə, normal olmayan qidalanma səbəbi ilə hər il 5 yaşdan aşağı 30 min uşaq həyatını itirir.

Hazırda 1,8 milyon uşaqdan 400 minin həyatı yaxşı bəslənə bilmədiyi üçün risk altındadır. Bu uşaqların yüzdə 40-i isə Hudeyde şəhərindədir.

BMT-nin məlumatına görə, sağlıq və qida xidmətlərinin çökməsi nəticəsində başda uşaqlar olmaqla əhali epidemiya xəstəliklərindən əziyyət çəkir, bölgədə böyük bir insanlıq dramı yaşanır.

Qeyd etmək lazımdır ki, vəhabi Ərəbistan ABŞ-ın hərbi dəstəyilə Yəməndə soyqrım həyata keçirir.


83 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP