Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Türkiyədə İŞİD əməliyyatı - 24 nəfər saxlanılıb

Bir vaxtlar Suriyaya terrorçu ötürməkdə qapı olan Türkiyə, indi həmin terrorçuları həbs etmək məcburiyyətindədir.

Türkiyənin Diyarbəkir vilayətinin 11 rayonunda İŞİD qruplaşmasına qarşı geniş antiterror əməliyyatı keçirilib.
Əməliyyat zamanı 24 şübhəli saxlanılıb.

Üzərlərinə baxış keçirilərkən, saxlanılan şəxslərdən 579 min 608 ABŞ dolları, 5 min 300 avro, 1 milyon 304 min Türkiyə lirəsi, 124 min 800 Suriya lirəsi, 36 mobil telefon, qanunsuz işlərdə istifadə etdikləri digər qurğular və saxta sənədlər aşkar olunub.

Dəstə üzvlərinin Suriya, Livan, Liviya, İraq, İndoneziya və digər ölkələrə qanunsuz pul köçürdükləri müəyyən edilib.


83 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP