Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2018

Putin liviyalı komandanı qəbul etmədi

Rusiya Prezidenti Vladimir Putin Liviya ordusunun komandanı Xəlifə Xəftarla görüşdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin bu addımının iş qrafikinin ağır olmasıyla əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Xəlifə Xəftar dünən Moskvaya gəlib. O, Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Bundan öncə Rusiya və Britaniya mətbuatı Moskvanın Xəftara yardım üçün buraya özünün muzdlu hərbi dəstələrini göndərəcəyi haqqında məlumat yaymışdı.


76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP