Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2018

Ərdəbildə Nardaran şəhidlərinin anım mərasimi keçirildi - Foto

Höccətül-islam Seyid İbrahim Mirabbaszadə: “Azərbaycan Respublikasının dövlət adamlarına tövsiyə edirik ki, sionist rejimi ilə əlaqələri genişləndirmək əvəzinə regionun müsəlman əhalisinin yanında olsun.”
Nardaran şəhidlərinə diqqət etməklə İslam dünyası şəhidlərinin anım mərasimi cümə günü məğrib və işa namazlarından sonra Ərdəbilin Molla Mömin məscidində keçirildi. Nardaranın məzlum şəhidlərinin üçüncü ildönümü manasibətilə keçirilən bu mərasimdə ərdəbilli məşhur xətib höccətül-islam Seyid İbrahim Mirabbaszadə dedi: “İslam dini həqiqət dinidir. İslam həqiqət qarşısında təslim olmaq dinidir.
Həqiqi şiə həqiqətçi olmalıdır, həqiqət qarşısında təzim etməlidir və batilə qarşı mübarizə aparmalıdır.”
Xətib əlavə etdi: “Məsum imamların (ə) həyatına baxdıqda onlara qarşı çoxlu zülmlərin olduğunu görürük. Lakin onlar heç vaxt küfr və zülm qarşısında baş əyməyiblər.”
Mirabbaszadə daha sonra dedi: “Tarix boyu iki təfəkkür bir-birinə qarşı dayanmışdır. Bir dəstə haqq tərəfdarı, bir dəstə də batil tərəfdarı olaraq o vaxtdan indiyə kimi bir-birinin qarşısında dayanıb. Haqqın batil əleyhinə dayanması Səqifədə, Kərbəlada və zorla qəbul etdirilmiş 8 illik müharibədə də davam etmişdir.
Hal-hazırda da hərəm müdafiəçiləri qanlarından keçməklə haqq yolunu davam etdirirlər. Bu təkcə biz iranlılara aid deyil. Bildiyiniz kimi haqqın batil əleyhinə dayanması dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycan Respublikasının Nardaran qəsəbəsində də baş verdi. Bu hadisədə 4 nəfər islamçı və Əhli-beyt (ə) aşiqi polis qüvvələrinin dini mərasimə hücumu nəticəsində şəhid oldu, bir çoxları da yaralandı. Azərbaycan hökuməti bu hərəkətlə xalqın əzadarlıq keçirməsinin qarşısını almağa cəhd edirdi, amma bilmirdi ki, onları şəhid etməklə İslam və şiə məktəbinə heç bir zərər vura bilməz, üstəlik bu kimi addımlarla Əhli-beyt (ə) sevərləri oyadır, onları batilə qarşı qiyam etməyə qaldırır.”
Xətib nitqinin davamında dedi: “Azərbaycanın dövlət adamlarına tövsiyəmiz budur ki, sionist rejimlə əlaqələri genişləndirmək əvəzinə müsəlmanların yanında olsun. Çünki Allahın vəd etdiyi kimi son qələbə həqiqət axtaranlarla olacaq. Məhz həqiqət isə məsum imamların (ə) yolu ilə hərəkət etməkdir.”
Xətib Azərbaycan Respublikaısnın anti-din hərəkət edən dövlət adamlarına səslənərək dedi: “Siz özünüzün din əleyhinə hərəkətlərinizə davam etmək istəsəniz, xalq “ləbbeyk, ya Hüseyn” şüarları ilə sizin qarşınızda dayanacaq. Bunu bilin və ciddi qəbul edin ki, Nardaranın məzlum və dindar xalqını şəhid etməklə bu məntəqədə həzrət Zeynəbin (ə) bayrağını yıxa bilməyəcəksiniz. Çünki biz dünya şiələri bu icazəni sizə verməyəcəyik.”
Höccətül-islam Seyid İbrahim Mirabbaszadənin çıxışından sonra şair Yəhyəvi şəhidlər barədə şerlərini oxudu.
Mərasimin davamında Əlirza İsfəndiyari rövzə oxudu.

Qeyd edək ki, 26 noyabr 2015-ci il Ərbəin günləri ərəfəsində polis qüvvələri Nardaranda əzadarlıq edən əhaliyə hücum etdi. Bu hücumda Fərail Bünyadov, Sarvan İsgəndərov, Rafael Bünyadov və Əkbər Babayev şəhid oldu, ondan çox insan yaralandı.
Bu hadisədə bir çox islamçı, o cümlədən Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırov və 16 nəfər şiə aktivist müxtəlif bəhanələrlə həbs edildi, sifarişli və qondarma məhkəmələrlə həbsxanalara göndərdilər.
           


90 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP