Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2018

İşğalçı İsrail polisi: “Netanyahu və xanımı barələrində cinayət işi açılsın”

İşğalçı İsrailin daxili işlər nazirliyi korrupsiyada ittiham olunan ölkənin baş naziri və onun xanımı ilə bağlı sensasion qərar verib.

Daxili İşlər Nazirliyi qondarma baş nazir sionist Binyamin Netanyahu və xanımı Sara Netanyahuya qarşı aparılan istintaqın yekunu haqda rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, telekommunikasiya sahəsində korrupsiya ittihamı ilə bağlı həyata keçirilmiş istintaqın nəticəsinə uyğun olaraq, Baş nazir və xanımına qarşı cinayət işi açılmalıdır.

Qeyd edək ki, ittihama görə, Netanyahu Baş nazir seçkisi zamanı kampaniyasına rəhbərlik edən dostu, telekommunikasiya şirkətinin sahibi Şlomo Filberi vəzifəyə gətirmək üçün rabitə naziri Avi Bergeri işdən azad edib. Bundan başqa, onun həyat yoldaşı Sara Netanyahu xəbər saytlarından birinin sahibinin xanımı ilə qeyri-rəsmi anlaşaraq, haqlarında müsbət xəbərlərin verilməsini təmin edib. İttihamda telekommunikasiya sahəsindəki digər qanunsuzluqlardan da bəhs edildiyi bildirilir.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP