Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

Nardaran şəhidləri Həmədanda anıldı

Şəhidlər yetişdirmiş, şəhid həmədanilər diyarı Həmədanda Nardaran şəhidləri anıldı. Əl-Məhdi (əc) məscidində təşkil olunan və geniş xalq kütləsinin iştirakı ilə keçirilən mərasimin birinci xətibi Həmədan şəhərinin imam cüməsi həzrət Ayətullah Məhəmmədi olub.
Ayətullah Məhəmmədi İslam dünyası şəhidlərinin adını yaşatmağı zəruri sayaraq, bu hərəkəti dünyanın hər bir yerində olan şiələrin qəlbinin qüvvəti adlandırıb. Nardaran şəhidlərinin məqamını uca tutan xətib, onlara və haqq yolunun bütün şəhidlərinə ülvi dərəcələr arzu edib, Allahdan dünya şiələri və məzlumlarının, xüsusilə də Azərbaycan Respublikası şiələrinin qurtuluşunu istəyib.
Mərasimin davamında Həmədan Elmi Hövzəsinin ustadı höccətül-islam Rəhmani çıxış edərək şəhid və şəhidlik məqamından söz açıb, Nardaranda vilayətçi və Əhli-beyt (ə) aşiqi olan insanların xüsusiyyətlərindən danışıb.
Rəhmani Nardaran əhalisini dünyanın ən məzlum hüseynçiləri adlandıraraq deyib: “Nardaran Azərbaycan və Qafqazın ən mühüm inqilab hərəkatı mərkəzlərindən sayılır, bu şəhərin küçə və meydanları Əhli-beytin (ə) və İmam Xomeyninin (r) adını daşıyır.”
Höccətül-islam Rəhmani xatırladıb: “Azərbaycan dövlətinin şiddətli qadağalarına baxmayaraq bu ölkə xalqının polad müqaviməti ilə Məhərrəm mərasimlərinin keçirilməsi Allahın böyük nişanəsidir. Nardaran əhalisinin öz toplantıları ilə Fələstin xalqına dəstək verməsi bu yurdun insanlarının bəsirətini və kamalını göstərir.”
Xətib daha sonra İranda müqəddəs müdafiə dövründə Nardaran əhalisinin öz ailələrinin qızıl və qiymətli əşyaları vasitəsilə İrana dəstək verməsinə də toxunaraq deyib ki, bu məsələ onların İmam Xomeyninin inqilabını dərindən və düzgün dərk etdiyini çatdırır.
Xətib həmçinin vurğulayıb: “Dini məkan və meydanları dağıtmaqla bu xalqın kimliyini dəyişməyə cəhd etmək imperializmin regiondakı aşkar düşmənçiliklərinin nümunəsidir.”
Elmi Hövzə ustadı Azərbaycan xalqının, xüsusilə də Nardaran əhalisinin Əhli-beytə (ə) sonsuz məhəbbətinə işarə edərək bu sevginin onlarda ayıq-sayıqlıq, zülmlə mübarizə amili olduğunu deyib.
İmam Hüseynə (ə) olan beynəlxalq sevginin bütün coğrafi sərhədlərin, milli fərq və ixtilafların rəngini azaltmasına işarə edən xətib Nardaran əhalisinin İmam Hüseynə (ə) sevgisini əvəzedilməz adlandırıb, onların İslam İnqilabına hörmət bəsləməsini bu inqilabın Fələstinin məzlum xalqını sionistlərin caynağından nicat vermək istəməsi sayıb.
Ustad Rəhmani İslam şəhidlərinin, xüsusilə də Nardaran şəhidlərinin xatirəsini uca tutaraq onlara Allahdan ülvi dərəcələr arzu edib.


71 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP