Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

Bicarda Nardaran şəhidlərinin üçüncü ildönümü mərasimi keçirildi

Nardaran şəhidlərinin üçüncü ildönümü münasibətilə keçirilən mərasimdə Bicar şəhərinin əhli-sünnə imam cüməsi Mamusta Əbdüssalam Məhəmmədi Azərbaycan müsəlmanlarına dəstək verməyin əhəmiyyətinə toxunaraq deyib: “Nardaran şəhidləri dini təlimlər, İslam və Aşura mədəniyyəti uğrunda müqavimət göstərərək öz qanları ilə Azərbaycanda dini dəyər və müqavimətin simvolu oldular.”
İmam cümə əlavə edib: “Azərbaycanın müsəlman və məzlum xalqı bu günləri İslam mədəniyyəti, dini təzahürlər və mərasimlər baxımından sekülar hökumətin şiddətli repressiyası ilə qarşılaşıb. Halbuki, bəhailik, vəhabilik və ateizm kimi din əleyhinə olan təfəkkürlərin təbliğatı üçün meydan verilmişdir.”
Əhli-sünnə imam camaatı çıxışının digər hissəsində deyib: “Müsəlman Azərbaycan ölkəsində sionist və uşaq qatili rejiminin, habelə qərbin kəşfiyyat xidmətlərinin birbaşa müdaxiləsi ilə müsəlmanların soyqırım fəryadı baykot edilir. Bütün bu zülmlər region müsəlmanlarının kimliyini məhv etmək, dini təlimləri və Aşura azadlıq hərəkatını təsirdən salmaq istiqamətində baş verir.”
Mamusta Əbdüssalam İslam dünyasının hər yerində məzlumları müdafiə etməyi hər bir müsəlmanın, İslam hökumətləri və İslam alimlərinin vəzifəsi adlandıraraq deyib: “Təəssüflər olsun ki, Qarabağ məsələsində və Nardaran şəhidləri barədə region, hətta beynəlxalq səviyyədə baykot və siyasi məqsədlərlə media senzuranın şahidiyik.”
Mərasimin xətibi İran İslam Respublikası dövlət və xalqının Qarabağın və Azərbaycanın məzlum müsəlmanlarını himayət etməsini İranın dini xüsusiyyəti adlandırıb.
Bicar şəhərinin imam cüməsi sonda Azərbaycan və Qarabağın məzlum müsəlmanlarının Aşura məktəbi və dini dəyərlərdən örnək alaraq problemlərə qalib gələcəyinə, özünün islami izzətinə və səadət yoluna davam edəcəyinə ümidvar olduğunu deyib.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP