Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

İmam Əlidən (ə) gözəl təvsiyələr

Əmirəlmöminin İmam Əli (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:

- Malın bərəkəti – zəkat verməklədir.

- Ömrün bərəkəti – yaxşı iş görməkdədir.

- Süfrəyə çoxlu əllərin daxil olması – bərəkətdir.

- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.

- İnsanın təvazökarlığı – onun kərəmindədir.

- İnsanın gözəlliyi – mülayimliyindədir.

- Sözün gözəlliyi – qısa və ixtisarlı olmasındadır.

- Gözəl yoldaş – qənimətdir.

- Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar.

- Elmin eybi – təkəbbürdədir.

- Qəlbin şəfası – Quran oxumaqdadır.

- Dinin silahı – təqvadır, fəsadı – tamahdır.

- Qəlbin aydınlığı – halal yeməklədir.

- Allaha itaət – qənimətdir.

- Hərislik, hərisin qatilidir.

- Üzün təravəti – düz danışmaqdadır.


75 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP