Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

BAKIDA QƏZADA ÖLƏN 4 NƏFƏRİN ADI MƏLUM OLDU

Bakıda baş vermiş dəhşətli yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Qala-Pirallahı yolunda – “Zirə Bio market”in qarşısında “Chevrolet” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks zolaqda hərəkət edən yük maşınına çırpılması nəticəsində sürücü və 3 sərnişini həlak olub. Belə ki, qəza nəticəsində minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə yanaşı sərnişinləri: Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu hadisə yerində ölüb.

Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzada ölənlərin hamısı Zirə qəsəbə sakinləridir.


81 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP