Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

Əsəbləşən ayı, təəccüblənən bayquş, şoka düşmüş sincab... - FOTO

Bu il canlı aləmdə gülməli anları əks etdirən fotoşəkillər müsabiqəsində (Comedy Wildlife Photography Awards - 2018) əsas mükafata şoka düşmüş sincabın fotosu layiq görülüb.

Floridadan olan Mary McGowan-ın fotosu belə adlandırılıb: "Hadisə başında tutulan".

Təqdim olunmuş şəkillər arasında əsəbiləşmiş ayı, gülümsəyən köpəkbalığı və qucaqlaşan kərtənkələlər də var.

Bayquş

Shane Keena Havadakı canlılar kateqoriyasında mükafata layıq görülüb - bu şəkildə bayquş, deyəsən, gizlənpaç oynadığı zaman çəkilib.


Sincab

Mary McGowan-ın şoka düşmüş sincabın fotosu. O müsabiqənin qalibi olub, eləcə də Tamaşaçı seçimi və Qurudakı canlılar kateqoriyalarında mükafatlara layiq görülüb.

Shark

Kamera üçün gülümsə! - Tanya Houpperman, Dəniz dibində kateqoriyasında göy köpəkbalığının bu şəklinə görə mükafata layiq görülüb.

Perched owl

Təəccüblənmiş bayquş - bu Hindistanın Kapurtala bölgəsində çəkilib. Fotonun müəllifi Arshdeep Singh Gənclər kateqoriyasında mükafata layiq görülüb.

Ayılar

Valtteri Mulkahainen Heyranedici fotolar kateqoriyasında Finlandiyada çəkilmiş qonur ayılar ailəsinin fotosuna görə mükafata layiq görülüb.

Kərgədan

Tovuz quşunun lələklərini taxmış kimi görünən kərgədan. Hindistanın Gorumara Milli Parkında Kallol Mukherjee tərəfindən çəkilmiş bu foto yüksək tərifə layiq görülüb.

Ayı

Əsəbiləşmiş ayı - bu fotonu Danielle D'Ermo Alyaskada çəkib.

Qütb ayısı


Fotoqraf peşəsinə yiyələnmək istəyən bu ağ ayını Roie Galitz Svalbard-da lentə alıb.

Sincab

Bu sincabsa şpaqat edən zaman Geert Weggen tərəfindən çəkilib.

Sığırlar

Bir sığır o biri sığıra dilini göstərir - bu foto Barney Koszalka tərəfindən ABŞ-ın Wyoming ştatında çəkilib.


Kərtənkələlər

Tanqo üçün iki kərtənkələ lazımdır - bu şəkil Sergev Savv tərəfindən Şri Lanka-nın Wilpattu məntəqəsində çəkilib.


İki dalaşan meymun

Sergey Savvi-nin Tailandın Kaeng Krachan Milli Parkında çəkdiyi şəkil: İki meymunun dramatik savaşı.


82 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP