Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

Fransada aksiyaya liseylər də qoşuldu

Fransanı bürüyən etiraz aksiyalarına ölkənin liseyləri də qoşulub. Təhsil Nazirliyi bir çox liseylərin bağlandığını bildirib. “Sarı jilet”lər etiraz aksiyasını dəstəkləyən şagirdlər orta məktəb və liseylərlə bağlı irəli sürülən islahatlara etirazlarını bildirirlər.

Bu gün səhər Baş nazir E.Filip böhrandan çıxmaq yollarını müzakirə etmək üçün bir çox siyasi partiyaların nümayəndələri ilə görüşüb.

Yanacaq vergisinin artması ilə bağlı qərar dekabrın 4-də Milli Assambleyada və dekabrın 5-də Senatda müzakirə olunacaq.

Xatırladaq ki, “Sarı jilet”lərin etiraz aksiyası 17 gündür davam edir. Sosial şəbəkələrdə etirazçılar dekabrın 8-də aksiyanın dördüncü mərhələsinə başlamağa çağırış ediblər.


65 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP