Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2018

Yəməndə baş verənlərə media niyə susur?

Yəməndə bu gün baş verən aclıq və qətliamlar səngimək bilmir. Lakin buna baxmayaraq Qərb ölkələrində baş verən hadisələri günlərlə tirajlayan media Yəməndəki hadisələri sanki görmür. Bunun səbəbi nədir? Səudiyyə Ərəbistanı Yəmənə hücumları ilə hər gün uşaqları, qadınları və qocaları öldürür. Həm dünya, həm ərəb liderlərinin bu hadisələrə susmasını necə dəyərləndirilir?
Eastnews.org-un suallarını jurnalist və siyasi şərhçi Qurban Cəbrayıl cavablandırıb. 

Yəməndə yaşananlar bir insanlıq faciəsi adlandıran Qurban Cəbrayıl fikirlərini belə bölüşüb: "Hər tərəfdən mühasirəyə alınmış ölkədə çoxdandır ki, əsl humanitar böhran hökm sürür. Məhz belə acınacaqlı şəraitdə aclıqdan və xəstəlikdən dünyasını dəyişənlərin satatistikası hərbi təcavüz zamanı həlak olanların sayını qat-qat üstələyib. Qadınların, uşaqların, qocaların durumu xüsusilə ağırdır. İnsanlar nəinki zəruri tibbi yardımdan, hətta bir parça çörək və bir içim sudan məhrum ediliblər. Zalım və amansız Səudiyyə koalisiyasının bombardmanının yaşayış məntəqələrini, kommunikasiya sistemini dağıtması nəticəsində ortaya çıxan antisanitariya kütləvi xəstəliklərə, dəhşətli epidemiyalara rəvac verib. Bir sözlə, Yəmən faciəsi özünü humanist və tərəqqipərvər adlandıran dünya birliyinin gözü qarşısında böyük bir ədalətsizlik, zorakılıq, təcavüz rəmzinə, simvoluna çevrilib". 

Qurban Cəbrayıl vurğulayıb ki, müharibələrin və münaqişələrin əsas törədicisi ABŞ-dır: "Araşdırmalar göstərir ki, Yer kürəsinin harasında, hansı zəmində baş verməsindən asılı olmayaraq, bütün münaqişələrin törədicisi ABŞ, mason lojası, ümumiyyətlə, Qərb imperializmidir. Bu, ən müxtəlif - "parçala və hökm sür" siyasəti, təbii sərvətlərin talanı, köhnəlmiş silahların satışından gəlir və digər məqsədlərlə həyata keçirilir. Qərb müstəmləkələrinə öz kadrlarını rəhbər təyin edir ki, istismarı daha rahat reallaşdıra bilsin. Tiranlara, diktatorlara qarşı baş qaldıran milli-azadlıq hərəkatlarını hər vəchlə boğmağa çalışır. Necə ki, biz bunun bariz təzahürünü Yəməndə vətəninin müstəqilliyini arzulayan, azadlıqsevər Husilərin timsalında görürük. Avropada bir nəfərin ölümündən siyasi şou düzəldən Qərb ictimai-siyasi, diplomatik, media dairələrinin Şərqdə, müsəlman aləmindəki qlobal faciələrin (indiki halda Yəmən, Suriya, Əfqanıstan, Kəşmir) müqabilində susması riyakarlıqdan, ikili standartlardan qaynaqlanır. Alman nasizminin, irçliyin planetə hansı bəlalar gətirdiyini ötən əsrin 30-cu illərində faşizmin simasında gördük. İndi də bunlar özlərini ali irq sayır, müsəlmanlara yuxarıdan aşağı, hətta potensial terrorçu kimi baxırlar". 

"Qərb irticası o qədər hiyləgərdir ki, müəllifi olduğu münaqişə ocaqlarına ilk növbədə ideoloji baza, tutarlı səbəblər, alışdırıcı fiil formalaşdırır. Bir əraziyə təcavüzdən öncə nəzarətindəki KİV aylarla həmin aspektləri tirajlayır, beynəlxalq aləmi bu təhlükəyə inandırmaqla yanaşı, rəqibin müttədiqlərini də parçalayır, fikir ayrılığı yaradır. İndiki şəraitdə zatən ərəb dünyasını vəhdətindən, hər hansı problemə qarşı birgə müqavimətindən danışmaq da gülünc olardı. Çünki satqın, həris şeyxlərin, kral ailələrinin xəyanəti zəminində Fələstin faciəsinin çoxdan şahidiyik. Mərhum İmam Xomeyni (r) hələ öz dövründə belə ixtilaflara son qoyulmasından çıxış edərək, haqlı olaraq buyururdu ki, hər ərəb dövləti bir qab su atsa, İsraili sel aparar. Eyni zamanda ortaya atılan əsassız "İran xofu", məzhəblərarası ixtilafın qızışdırılması, guya şiəliyin sünnülüyə qarşı savaşı faktorları da həmin pərakəndəlikdə öz rolunu oynayır... Amma bütün bunlara rəğmən, Yəməndə vəziyyət həqiqətən də dramatikdir. Mən bir media mənsubu, bir müsəlman olaraq, işğalçı qüvvələri hücumları dərhal dayandırmağa, blokadanı təcili aradan qaldırmağa; beynəlxalq qurumları, dünya ictimaiyyətini isə bu ölkə və xalqla bağlı zəruri xilas tədbirləri görməyə çağırıram!", - deyə Qurban Cəbrayıl sözlərinə əlavə edib.


89 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP