Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2018

"Belə tərbiyəsizliyin cavabı çox sərt olur"

Mirşahinin Sevinc Osmanqızı haqda canlı yayımda dediyi sözlər məndə doğrudan şok yaratdı. Bu cür müdafiə hakimiyyətin özünə qəti hörmət gətirmir. Osmanqızının verilişlərinə irad tutmaq, kəskin tənqidin hədəfinə çevirmək olar və burada heç bir qəbahət görmürəm. Ancaq bütün əxlaqi, mənəvi hədləri tapdalayaraq bir xanımın namus və şərəfini alçatmaq, özü də bunu ekrandan birbaşa evlərə püskürmək kişilikdən deyil. Biz azərbaycanlıyıq və özünəməxsus adət-ənənələrimiz var. Belə tərbiyəsizliyin cavabı çox sərt olur. Mir... bu hərəkəti ilə hakimiyyətin özünə ziyan vurmuş olur. Sosial şəbəkələrdə bəzi tanış imzalara rast gəldim, hansı ki, onlar həmişə iqtidarın mövqeyində durublar, indi tənqid edirlər. Realçıya isə söyüşün biri bir köpüyədir. Bu lazım idimi?!

Eldar Sabiroğlu


62 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP