Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2018

Qaraciyəri qoruyan, damarları təmizləyən şirin dərman. Gündə neçə dənə yemək olar?

Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var.

Mandarin ən güclü antioksidantlar sayılan C və A vitaminlər, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalisium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir. Belə zəngin tərkibə görə mandarin insan sağlamlığına böyük fayda verir.

Mandarinin faydalar:

- Mandarin kapilyar və damarları təmizləyir və möhkəmləndirir, onları daha elastik edir.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Ürəyin fəaliyyətini yaxşılaşdırır.

- Qaraciyəri piylənmədən qoruyur.

- Sakitləşdirir, əhvalı yaxşılaşdırır, stresdən çıxardır.

- Görməni və dərinin vəziyyətini yaxşılaşdırır.

- Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır.

- Şəkərli diabetin inkişafından qoruyur.

- Xərçəng əleyhinə təsirə malikdir.

- Virus və göbələklərə öldürücü təsir edir.

- Orqanizmdə iltihabları azaldır.

- Orqanizmi möhkəmləndirir, orqanizmin tonusunu qaldırır, yorğunluğu azaldır.

- Metabolizmi sürətləndirir, orqanizmdə piylərin yığılmasına mane olur.

Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq alimlər mandarini həddindən çox yeməyi tövsiyə etmirlər. Böyüklər gün ərzində 3-4 mandarin yeyə bilələr.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı mandarin yemək olmaz. Həmçinin mandarin allergiyaya səbəb ola bilər./saglamolun/


87 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP