Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

İran ordusu yeni zirehli maşınlarla təchiz edilib- FOTO

İranın milli istehsalı olan “Tufan” adlı zirehli hərbi maşınların təqdimatı keçirilib.

İranın müdafiə naziri general Əmir Hətəminin iştirakı ilə keçirilən mərasimdə maşınların texniki göstəriciləri haqqında məlumat verilib.

Nazir qeyd edib ki, İran hərbi sənayesinin mütəxəssisləri tərəfindən hazırlanan bu maşınlar mina partlayışına qarşı dözümlüdür və dağlıq ərazilərdə sərbəst manevr etmək imkanına malikdir. Ordunun bu tip maşınlarla təchiz olunması onun qüvvəsini artıracaq.

General diqqətə çatdırıb ki, İranın hərbi potensialının artırılması yalnız müdafiə xarakteri daşıyır.


310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP