Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

Fransanın İrandakı səfirliyi qarşısında etiraz

Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.

Etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.

Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.

Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişlər arasında yaralananlar və həbs olunanlar var.


275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP