Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

İranlı müğənni: Azərbaycan və Türkiyə bayraqlarını səhifəmdə görmək istəmirəm

İranın azəri müğənnisi Əli Pormehrin İnstaqram səhifəsindəki paylaşımı millətçilərin kürəyini yerə vurub.

Təbrizdəki son konserti haqda danışan müğənni Azərbaycan və Türkiyə bayraqlarını səhifəsində görmək istəmədiyini bildirib.

Müğənni “mənim ölkəm İrandır” deyərək, azərbaycanlı internet istifadəçilərini səhifəsində “başqa ölkələrin” bayrağını yaymamağa çağırıb:

“Mən Azərbaycan, “Traktor” və ana dilimi çox sevirəm. Lakin bunu heç zaman İran coğrafiyasının kənarında istəməmişəm və istəməyəcəm. Mənim fəaliyyətimə yalnız mədəniyyət gözü ilə baxın. Mən siyasi deyiləm, məni siyasiləşdirməyin”.


300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP