Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

“ABŞ-ı bunlarla yox edə bilərik” – Putinin qarşısıalınmaz nüvə silahları

Rus torpedaları “Poseydon” və “Sarmat” ehtimal edilən nüvə müharibəsində ABŞ-ı yox etmək xüsusiyyətlərinə malikdir.

Bunu rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.

Ekspertə görə, bu raketlər hücum vaxtı qarşısıalınmaz gücə sahibdir:

“Belə silahlar Qərb dünyası da daxil olmaqla, güclü ölkələrin təhdidləri ilə qarşı-qarşıya qalan zəif ölkələri xilas edir. Amerika elitasını yox etməklə təhdid edən Rusiya əslində bununla dünyanı nüvə müharibəsindən qurtarır”.

Sivkov hesab edir ki, ABŞ-ın qısa və orta mənzilli raketlərin azaldılmasına dair Rusiya ilə imzaladığı müqavilədən geri çəkilməsi nüvə müharibəsinə hazırlaşdığını göstərir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Sovet Rusiyası ilə qısa və orta mənzilli raketlərə dair imzalanmış müqavilədən çıxacağını açıqlayıb.


278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP