Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2018

Fransa hökuməti geri çəkildi: "Sarı jiletlilər" qalib gəldi

Azərbaycan xalqı da ayağa qalxmalıdır...

Fransada günlərdir davam edən aksiya daha da geniş vüsət alıb.

Bu dəfə "Sarı jiletlilər" Blaqnak şəhərində yerləşən bir liseyi yandırıb.

Hökumətin təhsil islahatlarına da etiraz etdiklərini bildirən lisey tələbələri Sent-Ekzüperi lisey binasının griş hissəsini atəşə verib.

Qeyd edək ki, Fransa hökuməti ekoloji mühitin yaxşılaşdırması üçün üzərinə götürdüyü öhdəliklər çərçivəsində benzinin qiymətini qaldırmaqla bağlı qərar vermişdi. Bunun ardınca isə “Sarı jiletlilər” hərəkatı başladı və davamlı aksiyalarda onlarla insan yaralanıb, yüzlərlə etirazçı isə həbs edilib.

Fransada "Sarı jiletlilər" hərəkatına fermerlər, yük maşını sürücüləri də qoşulub. Onların yaxın vaxtda aksiyaya başlayacağı gözlənilir.

Fransa hökuməti benzinin qiymətinin qaldırılması fikrindən daşınıb.

Bu barədə məlumat verən Baş nazir Eduard Filip 1 il müddətinə yanacağın qiyməti ilə bağlı qərarın təxirə salındığını bəyan edib.

Qeyd edək ki, ötən gün də təbii qaz və elektrikin qiymətinin qaldırılması 6 ay müddətinə təxirə salınıb.



56 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP