Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2018

ABŞ-Rusiya: Müharibə üçün 3 ƏSAS

ABŞ və Rusiya arasında müharibənin minimum 3 əsası var. Cebhe.info xəbər verir ki, bunu Rusiya Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə ildə, yaxın və orta perspektivdə bu qlobal qarşıdurma çox ciddi risklərlə müşayət olunacaq. Bu risk iki ölkə arasında birbaşa hərbi münaqişəyə səbəb ola bilər: “Mənim fikrimcə, Rusiya və ABŞ arasında birbaşa hərbi toqquşma üçün 3 ssenari var".

Ekspert bildirib ki, birinci risk kibertəhlükə ilə bağlıdır. İkinci risk silahlanmadır ki, bura yaxın və ortamənzilli raketlərin Avropada bazalanması daxildir: “Biz bu reallığa təəssüf ki, bir neçə il sonra çatacağıq”.

Üçüncü ssenarini isə ekspert Suriya və Qara dəniz regionundakı vəziyyətlə bağlayıb: "Əgər ABŞ Ukraynanın təxribatlarını dəstəkləməkdə davam edirsə, tərəflər yeni məkanda hərəkət edəcəklər".


329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
Go to TOP