Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2018

İsveçdə Yəmən sülh danışıqları başlayıb

İsveç xarici işlər nazirinin verdiyi məlumata görə, Stokholmda Yəmən sülh görüşü başlayıb.
BMT-nin dəstəyi ilə keçirilin bu görüşdə Yəməndə qarşıdurma tərəfləri müzakirə masasına oturublar.
Bu müzakirə BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits üçün bir qələbədir. O, dörd illik bir müharibəyə son qoymaq üçün bütün təlaşlarını göstərir.
M. Qrifits “Nyu-York Times” qəzetində nəşr olunan məqaləsində bildirib ki, bu müzakirələr ümidvericidir və bu görüşdə məhbusların dəyişdirilməsi məsələsi də müzakirə olunacaq.
BMT-nin nümayəndəsi vurğulayıb ki, Yəməndə sülhə nail olmaq üçün indiyə kimi beynəlxalq səviyyədə bu qədər aşkar təzyiq göstərilməmişdi. Bununla belə, yalnız İsveçdə bir yerə toplaşanlar bu ümidləri gerçəkləşdirə bilərlər. Yəmənli uşaqlara xatir ümidvaram ki, bir nəticəyə gələ bilək.


64 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP