Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Parisdə etirazçılar nazirliyin həyətinə girdilər – Makron yenə dialoqa çağırdı

Fransada etirazçılar nazirliyin həyətinə daxil olub.

“Parisien” qəzetinin verdiyi məlumata görə, yerli vaxtla 16:30 təxminən 15 nəfər nazirliyin həyətinə daxil olub və tikinti maşını ilə nazirliyin qapısını qırıblar. Qəzetin mənbəsi bildirib ki, nazirliyin həyətinə daxil olan etirazçıların bir hissəsi qara paltarda, bir hissəsi isə sarı jiletlərdə olub.

Etirazçılar nazirliyin həyətinə daxil olduqdan sonra Fransa hökümətinin rəsmi nümayəndəsi Benjamen Qrivo və digər əməkdaşlar hadisə yerindən təxliyə ediliblər.

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər” hərəkatının etiraz aksiyaları zamanı zorakılığı pisləyib və etirazçıları danışıqlara çağırıb.


283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP