Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Serbiyada minlərlə vətəndaş etriaz aksiyasına çıxıb – Hakimiyyətə qarşı hərəkat genişlənir

Serbiyanın paytaxtı Belqradda hakimiyyət əleyhinə təşkil olunmuş aksiyada minlərlə insan iştirak edib.

RİA informasiya agentliyi xəbər verir ki, “beş milyondan biri” şüarı ilə keçirilən aksiyada qarlı hava şəraitinə baxmayaraq, minlərlə insan iştirak edib. Etirazçılar Belqradın mərkəzi küçələri ilə hərəkət edərək hakimiyyət əleyhinə bir sıra şüarlar səsləndiriblər.

Qeyd edək ki, etiraz aksiyaları Serbiyada bir aydan çoxdur davam edir. Növbəti aksiyaların yanvarın 10-da Kurşumliya, yanvarın 11-də Niş, yanvarın 25-də isə Novi-Sade şəhərlərində təşkili planlaşdırılır.


190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP