Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Paris od içində: Aksiyada 50 min “sarı jiletli” iştirak etdi

Parisdə “sarı jiletlilər”in yeni ildə ilk etiraz aksiyasında 50 mindən artıq insan iştirak edib.

Aksiyalar zamanı polislə etirazçılar arasında sərt toqquşmalar yaşanıb.

Polis növbəti dəfə gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar səbəbindən Parisdəki məşhur “Orse” muzeyi təxliyə edilib.

Fransa Prezidenti Emmanuel Makron hadisələr zamanı baş verən şiddətli toqquşmalarda etirazçıları ittiham edib. “Sarı jiletli”lər isə hökumətə aksiya barədə lazımı məlumatı verdiklərini, hüquq-mühafizə orqanlarının təhlükəsizliyi təmin edə bilmədiyini açıqlayıb.


187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP