Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Ayətullah Amili: İran Qarabağ müharibəsində Azərbaycan ordusuna xüsusi kömək edib

Ərdəbil imam cüməsi Qarabağ müharibəsində İranın Azərbaycan Respublikası xalqına yardımlarına toxunaraq deyib: “İran İslam Respublikası Qarabağ müharibəsində xüsusi şəkildə Azərbaycan ordusu və dövlətinin yanında olmuşdur.”

Ərdəbil imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrinin bir hissəsində Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarına toxunaraq deyib: “Sabah yanvarın beşidir. 1994-cü il yanvar ayının 5 və 6-da İran Azərbaycan ordusuna fövqəladə kömək etdi və bu kömək nəticəsində Azərbaycan ordusu Horadiz şəhərini və onun ətrafında 25 kəndi azad edə bildi və 25 km irəlilədi. Horadiz Azərbaycanın ən gözəl şəhərlərindən biri olaraq Araz çayı sahilində və Parsabadla sərhəddə yerləşir.”

Ayətullah Amili əlavə edib: “Qarabağ müharibəsində qəsbkar və işğalçı Ermənistan dövləti Qarabağın ermənilər yaşayan bölgələrindən əlavə, Şuşa, Laçın, Füzuli, Qubadlı, Zəngilan, Cəbrail və digər rayonları da işğal etdi, bir milyondan çox azərbaycanlı öz yurdlarından köçkün düşdü. Onların çoxu İrana tərəf axışdı.”

İmam cümə vurğulayıb: “Bu şəhərlər arasında Horadiz şəhəri işğalçı Ermənistan ordusunun əsas hədəflərindən sayılırdı. Çünki bu şəhər çox strateji bir mövqeə malikdir və onun işğal edilməsi ilə Mil-Muğan Su Anbarı onların əlinə düşürdü. Beləliklə, Ermənistan Azərbaycanın bu su anbarının böyük bir hissəsinə sahiblik edirdi və Azərbaycan da aşağı bölgələrdə ağır böhranla üzləşirdi.

Digər tərəfdən Horadizin işğal edilməsi ilə Aslanduz-Horadiz beynəlxalq gömrük məntəqəsi Ermənistanın əlinə düşürdü, beləliklə çox mühüm iqtisadi və siyasi üstünlüklər əldə edirdi. Bu, Azərbaycan üçün böyük bir zərbə idi və Ermənistan gələcəksə bu ərazidən geri çəkilmək müqabilində Azərbaycandan böyük imtiyazlar ala bilərdi.

Həmin məqsədlə Ermənistan ordusu Horadizə tərəf hərəkətə keçdi. Çox asanlıqla Azərbaycanın tamamilə zəifləmiş ordusunu geri oturtdu və Horadizi işğal etdi, Mil-Muğan Su Anbarında yerləşdi.”

Ayətullah Amili daha sonra deyib: “İran burada tamaşa edə və işğalçı ordunun öz sərhədinin ən həssas yerində görə bilməzdi. Ona görə də İran o vaxt Azərbaycan ordusuna xüsusi şəkildə kömək etdi; həm əsgərlərə təlim verdi, həm Azərbaycan ordusunun ehtiyaclarını təmin etdi, həm də müharibə köçkünlərini məskunlaşdırdı, onlara tibbi və qida cəhətindən təchiz edilmiş düşərgə saldı.”

Ərdəbil Əyaləti Ümumi Mədəniyyət Şurasının sədri xütbəsinin davamında İran İslam İnqilabı Keşikçilər Qvardiyasının sabiq komandanı Möhsin Rizayinin Qarabağ müharibəsində Azərbaycana yardımları barədə müsahibəsinə də işarə edərək deyib: “Möhsin Rizayi Səhər kanalına verdiyi müsahibədə dedi: Qarabağ müharibəsində müharibə köçkünlərini İranda qarşılamaqdan əlavə, Azərbaycan ordusuna hərbi təlim verdik, silah-sursat və hərbi təchizatla təmin etdik. Hərbi təlimüşün Azərbaycanda da bir hərbi qarnizon təsis etdik.”

Ayətullah Amili əlavə edib: “Bunlar Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına yardımlarının kiçik bir hissəsidir. Amma Azərbaycanın medialarında bir kəlmə də olsun bu barədə heç nə deyilmir. Ona görə də son vaxtlarda İran Azərbaycan ordusuna verdiyi hərbi təlimlərin görüntüsünü yaymağı qərara almışdır. Əlbəttə, Azərbaycanın böyük xalqı bütün bunları bilir və bu bizim üçün kifayətdir.”/qafqaz.ir/az/


338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP