Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

Ərdəbildə “Qarabağ münaqişəsi və onun həlli perespektivində İranın yeri” elmi konfrans keçirildi

Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ərdəbildə “Qarabağ münaqişəsi və onun həlli perespektivində İranın yeri” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitet müəllimləri, Qafqaz məsələləri üzrə ekspertlər və media əməkdaşları iştirak ediblər.

Konfransda çıxış edən Ərdəbil universitetləri müəllimi və Qafqaz məsələləri üzrə ekspert doktor Behnam Səhranəvərd deyib: “Qafqaz Mədəniyyət Mərkəzi artıq on ildən çoxdur ki, fəaliyyət göstərir. İran İslam Respublikasının siyasətləri istiqamətində addım atan Mərkəzin bu illər ərzində ən mühüm fəaliyyətlərindən bir hissəsi də müxtəlif beynəlxalq konfranslar təşkil etmək, jurnal nəşr etmək, informasiya saytı işə salmaq olmuşdur.”
Doktor Səhranəvərd “Qarabağ münaqişəsi və onun həlli perespektivində İranın yeri” elmi konfransına işarə edərək deyib: “Qarabağ mövzusu və probleminə İslam torpağının bir hissəsi kimi həssas yanaşmalıyıq. Bu kimi toplantılar əyalətin universitetlərdə, elmi-tədqiqat mərkəzlərində davam etməlidir. Çünki bu İslam torpağının bir hissəsinə aid olan bir məsələdir və tarixə əsasən, rüsvayçı Türkmənçay müqaviləsinə qədər İranın ərazisi olmuşdur.”
Ərdəbil universitetləri müəllimi əlavə edib: “1918-ci ildən sonra bu ərazi İrandan ayrıldı və Sovetlər Birliyinin hakimiyyəti altına düşdü. Bu məsələ ermənilərin Qarabağda hüzuruna və sonradan Azərbaycan ərazisinin üçdə bir hissəsi olan Qarabağın işğal edilməsinə səbəb oldu.”
Doktor Səhranəvərd çıxışının davamında deyib: “Ötən illər ərzində Qarabağ problemi həll olmamışdır. Azərbaycan Respublikasının rəsmi coğrafiyası və torpağı olan Qarabağ hələ də Azərbaycana qaytarılmamış və öz həllini tapmamışdır.
Ermənistan bu problemin həll olunması üçün xalqların öz taleyini həll etməsi çərçivəsində referendum keçirilməsi məsələsini ortaya atır. Halbuki, bu mövzu qeyri-qanunidir və bu ərazi Azərbaycan Respublikasına aid olmuşdur və İslamın bir parçası sayılır.”
Qafqaz məsələləri üzrə ekspert daha sonra deyib: “Təssüf olsun ki, hal-hazırda bu problemin həll olması istiqamətində aydın perespektiv görünmür. Bizim vəzifəmiz bu məsələyə İslam dünyasının digər narahatlıqları kimi həssas yanaşmaqdır ki, beləliklə bu ərazi İslamın ağuşuna qayıtsın.”
Qarabağ müharibəsinin ziyanlarına toxunan doktor Səhranəvərdi deyib: “Qarabağın ermənilər tərəfindən işğal edilməsi nəticəsində 35 min nəfər şəhid olmuş, 800 min nəfər öz yurdlarından köçkün düşmüşdür və onların qəlbi Qarabağ üçün döyünür.”


286 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP