Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

BMT nümayəndəsi Ənsarullah rəhbəri ilə görüşüb

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi bu ölkəyə səfər edərək Ənsarullah Hərəkatının baş katibi Əbdülməlik Husi ilə görüşüb.
“Sputnik”-in verdiyi xəbərə görə, bu barədə açıqlama verən Ənsarullah Hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssalam bildirib ki, görüşdə Ənsarullah lideri təcavüzkar koalisiyanın Stokholm razılaşmasını pozmağa təlaş etdiyini diqqətə çatdırıb. O, həmçinin bu razılaşmanın icra edilməsinin sürətlənməsi, Təizdə qarşıdurmaların dayanması, Yəməndə işçilərin əmək haqlarının verilməsi, Səna Beynəlxalq Hava Limanının açılması və əsirlərin azad edilməsi istiqamətində addımlar atılmasını istəyib.
Görüşdə daimi sülhün bərqərar olması və müharibənin bitməsi üçün müqəddimə işlərinin həyata keçirilməsi haqqında da danışıqlar aparılıb.


191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP