Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2019

Soyqırım məzarlığına çirkin hücum: donuz cəsədləri

Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci ildə baş vermiş soyqırımın qurbanlarının dəfn olunduğu məzarlığa donuz cəsədləri atılıb.

Sözügedən addım ölkədə həm vətəndaşlar, həm də dövlət qurumları tərəfində böyük etirazla qarşılanıb.

Demokratik Hərəkat Partiyası belə bir çirkin əmələ görə Serbiya hökumətini ittiham edib.

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.


300 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP