Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2019

Türkiyədə 100 əsgərin həbsinə qərar verildi - FETÖ işi

Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ və “Paralel Dövlət Quruluşu” ilə bağlı apardığı istintaq-dindirmə prosesi çərçivəsində taksafonlar vasitəsilə terrorçularla mütəmadi və ardıcıl şəkildə əlaqə saxladıqları üzə çıxan, hazırda Türkiyə ordusunda xidmət keçən 100 əsgərin həbs edilməsi barədə qərar çıxarılıb.
Anadolu agentliyi xəbər verir ki, qərara müvafiq olaraq Türkiyə quru qoşunlarında xidmət keçən həmin 100 şübhəlinin həbsi məqsədilə bu gün səhər saatlarından etibarən Ankara Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları əsgərlərin yaşadığı ünvanlarda əməliyyatlara başlayıb.

Hazırda polisin həyata keçirdiyi axtarış əməliyyatları çərçivəsində həbs işlərinin davam etdiyi bildirilir.


111 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP