Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2019

Türkiyədə azərbaycanlıların olduğu gəmi batdı: ölən var

Ana səhifə Planet 12 Punto 14 Punto 16 Punto 18 Punto
14:27

Qara dənizdə hava şəraitinin kəskin olması ilə əlaqədar Panama bayrağı altında üzən yük gəmisi batıb.

Türkiyənin Samsun vilayəti sahillərində batan “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub. Ekipaj üzvlərindən 7 nəfər xilas edilib, 2 nəfər həlak olub, 4 nəfər isə axtarılır. Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.

Türkiyə Hava Qüvvələri Komandirliyi tərəfindən axtarış-xilasetmə tədbirləri üçün 2 qayıq, 2 helikopter və 1 təyyarə cəlb edilib.


107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP