Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2019

İran müdafiə naziri: Tam qələbəyə qədər Suriyanın yanındayıq

Qərbi Asiya təhlükəsizlik-müdafiə konfransında iştirak etmək üçün Tehrana səfər etmiş Suriya müdafiə nazirinin müavini general-leytenant Mahmud əş-Şiva İran müdafiə naziri Əmir Hatəmi ilə görüşüb.
Görüşdə Əmir Hatəmi Suriya dövləti, xalqı və silahlı qüvvələrinin terrorizmlə mübarizədə müqavimətini dəyərləndirərək deyib: “Suriya xalqı terrorizmlə mübarizədə müqavimətləri ilə böyük bir təhlükəni özlərindən və regiondan dəf etdilər. Biz indiyə kimi Suriya xalqının yanında olmuşuq və tam qələbəyə qədər də Suriyanın yanındayıq.”
İran müdafiə naziri Suriya xalqının qələbələrinə və bu ölkənin böyük hissəsinin terrorçuların işğalından azad olunmasına işarə edərək deyib: “Hal-hazırda Suriya yenidənqurma mərhələsindədir. Biz bu ölkənin yenidən qurulması işlərində də lazım olan köməyi göstərməyə hazırıq.”
Görüşdə Suriya müdafiə nazirinin müavini İran xalqına və bu ölkənin müdafiə nazirliyinə öz minnətdarlığını bildirərək deyib: “Suriya dövləti, xalqı və silahlı qüvvələri terrorizm əleyhinə neçə illik müqavimət və qələbəsini İran İslam Respublikasının dəstəyinə borcludur.”
Mahmud əş-Şiva vurğulayıb ki, Suriya xalqı və silahlı qüvvələri bu ölkənin terrorçulardan tam təmizlənməsinə kimi öz mübarizəsini davam etdirəcək, hal-hazırda bu ölkə ərazisinin 1 faizi Amerikanın dəstək verdiyi terrorçuların nəzarətindədir və bu ərazi də mütləq İŞİD-dən geri alınacaq.
M. Əş-Şiva bunu da qeyd edib ki, bu günləri Suriya yaxşı durumdadır və ölkədən köçkün düşmüş vətəndaşlar artıq öz evlərinə qayıdırlar.


105 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP