Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2019

Yəmən məhv etdiyi işğalçı hərbçilərin sayını açıqladı

Yəmən ordusu və inqilabi xalq komitələrinin snayperlər birliyi 2018-ci ilin dekabr ayında həyata keçirdikləri əməliyyatlara dair açıqlqama verib.

Əl-Məsirə xəbər verir ki, Yəmən ordusu və inqilabi xalq komitələrinin keçən ay həyata keçirdiyi 1688 əməliyyatda Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlik etdiyi koalisiya qüvvələrini böyük itkilərə məruz qoyub.

Bəyanatda əməliyyatlarda aralarında komandirlərin da olduğu əsgər itkilərilə yanaşı, hərbi maşınlar və PUA-ların da məhv edildiyi qeyd olunub və dekabr ayında keçirilən əməliyyatlarda, 67 səudiyyəli əsgər və 1 komandirin öldürüldüyü bildirilib.
Xain Mansur Hadi tərəfdarlarından 11 döyüşçünün öldürüldüyü bildirilən açıqlamada, 1 Küveyt komandirinin və yüzlərlə koalisiya əsgərinin öldürüldüyü də qeyd olunub.

Bəyanatda, həmçinin keçən ay snayperlər tərəfindən koalisiyaya məxsus 22 hərbi maşının və 1 PUA-nın da vurulduğu qeyd olunub./deyerler/


284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.06.19, 16:56
Platini həbs edildi
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP