Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

Qəzzada işğalçı İsrailin casus şəbəkəsi çökdürüldü

Fələstin Daxili İşlər Nazirliyi işğalçı İsraillə əməkdaşlıq edən 45 fələstinlini saxlayıb.

Bu barədə “Əl-Əqsa” agentliyi məlumat yayıb.

“DİN işğalçı İsraillə əməkdaşlıq edən 45 nəfəri yaxalamağa müvəffəq olub. İşğalçı qüvvələrin təhlükəsizliyinə böyük zərbə vurduq və İsrailin Qəzzaya həyata keçirmək istədiyi mümkün əməliyyatın qarşısını aldıq. Demək istəyirik ki, bizim qüvvələr Qəzzada İsrail ordusuna qarşı mübarizə apara bilər”, - deyə DİN-nin nümayəndəsi İyad əl-Buzum deyib.

O əlavə edib ki, saxlanılanlar İsrail xüsusi təyinatlılarının casuslarıdır.


290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP