Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

Qarabağda daha 15 potensial erməni əsgəri doğuldu - Biz Bakıda partapart, “ley-pey” edəndə...

2019-cu il yanvarın 1-ə keçən gecə daha 39 erməni övladı Azərbaycanın işğal altındakı torpaqlarına qədəm qoydu.

Moderator xəbər verir ki, bu haqda separatçı-terrorçu rejimin faktiki fəaliyyət göstərən qanunsuz “səhiyyə nazirliyi” adlanan qondarma qurum məlumat yayıb. Məlumata görə, işğal altındakı Xankəndi şəhərimizdəki doğum evində 28 erməni cocuğu doğulub ki, onlardan 18-i qız, 10-u oğlan olub. Zəbt edilmiş Ağdərə şəhərinin doğum evində 4 qız, 2 oğlan, Xocavənd şəhərimizdəki xəstəxanada 3 oğlan 1 qız, Hadrutda isə 1 erməni oğlan dünyaya gəlib...

Beləliklə, bizlərin Bakıda, Gəncədə, Sumqayıtda, digər şəhər və bölgələrimizdə atəşfəşanlıq, partapart, yeyib-içmək, “ley-pey” etdiyimiz, vəzifəlilərə, varlılara haram içkilərlə sağlıq, tost dediyimiz Yeni il gecəsi 25-28 ildir ki, yağı düşmənin tapdağında qalan torpaqlarımızda daha 39 erməni doğulub ki, onlardan da 15-i gələcəyin potensial əsgəridir...


570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.06.19, 08:40
Maduro Moskvaya gedir
Go to TOP