Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

İtkin düşən daha 2 dənizçinin meyiti tapıldı

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisində​ baş verən qəzanın nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin axtarışı ilə bağlı müvafiq qüvvələr hadisə yerinə cəlb olunub.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən dənizçilərdən 2 nəfərin meyiti tapılaraq sudan çıxarılıb.
Hazırda dənizçilərin şəxsiyyətinin müəyyən olunması prosesi həyata keçirilir.


207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP