Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

Ruslar Menbiçi mühasirəyə aldı – Türkiyəyə qarşı yeni oyun?

Rusiyanın hərbi polis qüvvələri bu gün Menbiç ətrafında patrul xidmətini həyata keçirməyə başlayıb.

Bbu barədə jurnalistlərə açıqlamasında Rusiya hərbi polisinin sözçüsü Yusup Mamatov bildirib.

Mamatov qeyd edib ki, Rusiyanın hərbi polis qüvvələri Menbiçlə yanaşı, ətraf bölgələrdə də patrul xidməti həyata keçirir: “Əsas məqsəd bölgədə sabitlik yaratmaqdır”.

Qeyd edək ki, ABŞ-ın Suriyadakı qüvvələrini geri çəkmək qərarını açıqladıqdan sonra YPG terror təşkilatı və digər kürd birləşmələri rəsmi Dəməşqə müraciət edərək Menbiç də daxil olmaqla, bir sıra bölgələri Türkiyə ordusuna qarşı qorumağa çağırıb.

Əlavə edək ki, Suriya qüvvələri dekabr ayının əvvəlində Menbiçə daxil olub. Bir neçə gün əvvəl isə Suriya Müdafiə Nazirliyi bəyanat yayaraq 400 YPG silahlısının Menbiçdən çıxdığını və Fərat çayının şərq sahillərinə hərəkət etdiyini açıqlayıb.


207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP