Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

Avstraliyada həyəcan: 14 konsulluqda bomba təhlükəsi

Avstraliyanın Melburn və Kanberra şəhərlərində yerləşən 14 konsulluq binasına şübhəli bağlama göndərilib.

Bununla bağlı konsulluq binalarına dərhal polis əməkdaşları cəlb olunub.

ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, Yeni Zelandiya, İspaniya, Misir və Türkiyə konsulluq binaları təxliyə edilib. Sözügedən ərazilərə bomba zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış xüsusi dəstələr göndərilib.

Melburn polisi ümumilikdə 18 ünvana şübhəli bağlama göndərilməsi ilə bağlı məlumat daxil olduğunu açıqlayıb.


96 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP