Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

Ayətullah Xamenei ABŞ liderlərini axmaq adlandırdı

ABŞ-ın dövlət aparatının bəzi nümayəndələri özlərini bir nömrəli axmaq kimi aparırlar.

Bu sözləri öz  Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei 1977-ci il yanvar ayının 9-da Qum şəhərində Rza Pəhləviyə qarşı başlanan və şahın devrilməsilə nəticələnən qiyamın ildönümü münasibətilə Qum əyalətindən minlərlə insanla keçirdiyi görüşdə deyib.

“ABŞ rəhbərliyinin bəzi nümayəndələri dəli olmaları ilə bağlı görüntü yaradırlar. Mən bununla razı deyiləm. Onlar bir nömrəli axmaqlardır. ABŞ liderlərinin bəyanatları məntiqə ziddir”, - Böyük Rəhbər bildirib.

Ayətullah Xamenei ABŞ məmurlarının bəyanatlarını “klounada” adlandırıb:

“ABŞ dövlət aparatının nümayəndələri deyirlər ki, İran Səudiyyə Ərəbistanından insan haqlarına əməl etməyi öyrənməlidir. Bu insanları təlxəkdən başqa nə adlandırmaq olar? Onların nə təhdidləri, nə vədləri, nə də qeydləri diqqət və etibara layiqdir”.


190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.03.19, 08:29
İranla İraq razılaşdı
Go to TOP