Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2019

Avropalı diplomatlar nazirliyə çağırılıb təhqir olundu

Rəsmi Tehran Avropa Birliyi (AB) ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə avropalı diplomat və səfirlərdən ibarət 6 nəfərlik heyətlə İran Xarici İşlər Nazirliyində danışıqlar aparılıb.

Görüş zamanı diplomatik nümayəndələrin sərt dillə xəbərdarlıq edildiyi deyilib:

“Açıqlamaların qəbuledilməzliyi və uyğunsuz ifadələr səbəbindən görüş 10 dəqiqə davam edib”.

Qeyd edək ki, dünən Avropa Birliyində İran kəşfiyyatına sanksiyaların tətbiq edilməsi ilə bağlı razılığa gəlindiyi bildirilmişdi.


105 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.01.19, 10:22
XALQ AYAQDA - VİDEO
Go to TOP